From Wikipedia, the free encyclopedia
"Şah İsmayıl" ordeni — Azərbaycan Respublikasının ali hərbi ordeni.[1]
Bu məqalə Azərbaycan Respublikasının ali hərbi ordeni haqqındadır. Digər mənalar üçün Şah İsmayıl (dəqiqləşdirmə) səhifəsinə baxın. |
"Şah İsmayıl" ordeni | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | orden |
Kimə verilir | Hərbi və dövləti xidmətlərə görə |
Status | təqdim olunur |
Statistika | |
Parametrlər | 27 mm x 47,5 mm |
Təsis tarixi | 10 noyabr 1992 |
Ardıcıllıq | |
Yüksək mükafat | "İstiqlal" ordeni |
Aşağı mükafat | "Azərbaycan Bayrağı" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
"Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının yeganə dövlət ordenidir ki, onunla heç kim təltif edilməyib.[2][3][4]
Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilə bilərlər.
"Şah İsmayıl" ordeni aşağıdakılara görə verilə bilər:
"Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılmalıdır.
Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeni biri digərinin idarə etdiyi yerləşdirilmiş, biri digərinə ox ətrafında dönmüş ikisəkkizquşəli ulduzdan fəaliyyət göstərir. Arxa şüalar platindən, ön şüalar qızıldandır.[5]
Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin aşağısında çevrə boyunca "Şah İsmayıl" sözləri yazılmışdır.
Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şah İsmayıl" ordeninə həsr olunmuşdur.[6][7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.