Ziqomikotlar (lat. Zygomycota) — fungi aləminə aid göbələk şöbəsi.

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Ziqomikotlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Holomycota
Ranqsız:
Zoosporia
Şöbə:
Ziqomikotlar
Beynəlxalq elmi adı
Bağla

Bu şöbənin nümayəndələrində qamçılı mərhələ yoxdur. Mitseliləri yaxşı inkişaf etmişdir. Mitselinin hüceyrə divarında xitin, xitozan, qlükozaamin və qlükoran turşusu vardır. Arakəsmələr və sellüoza yoxdur. Şöbə 500-dən çox nümayəndəni cəmləyir. Bir neçə növ müstəsna olmaqla, qalan bütün növlər quru mühitində yaşamağa uyğunlaşmışdır. Şöbənin əksər nümayəndələri saprotrof həyat tərzi keçirir. Bitkilər, heyvanlar, həşəratlar və insanlarda parazitlik edən az bir qismi də var. Mitselilər çoxnüvəlidir. Qeyri-cinsi çoxalma sporlar və konidilərlə gedir. Ziqomisetlər quru mühitinə uyğunlaşdıqlarından onlarda zoospor mərhələsi yoxdur. Şöbənin bütün nümayəndələrində cinsi çoxalma ziqoqamiya tiplidir. Cinsi çoxalma çoxhüceyrəli və çoxnüvəli 2 hüceyrə möhtəviyyatının birləşməsi ilə tamamlanır. Bir çox mikoloqlar buna holoqamiya prosesi kimi də baxırlar. Bir qrup alimlər isə bu şöbənin Oomycota şöbəsindən başlanğıc aldıqlarını söyləyirlər. Şöbə 3 sinifi əhatə edir: trixomisetlər, ziqomisetlərGlomeromycetes.

İstinadlar

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.