Zvornik gölü
From Wikipedia, the free encyclopedia
Zvornik gölü (serb. Зворничко језеро, bosn. Zvorničko jezero ) ― Bosniya və Herseqovina və Serbiya sərhədində yerləşən süni göl. Göl Drina çayı üzərində su elektrik stansiyası tikildikdən sonra yaradılmışdır. Bəndin və onu müşayiət edən obyektlərin inşası üzrə hazırlıq işləri 1948-ci ildə başlamış və 1955-ci ildə göl hövzəsi su ilə doldurulmuşdur.
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Zvornik gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 140 m[1] |
Eni | 3.000 m[1] |
Uzunluğu |
|
Sahəsi |
|
Həcmi | 42 hm³, 126 hm³[2] |
Dərin yeri | 28 m, 39 m[1] |
Yerləşməsi | |
44°18′38″ şm. e. 19°08′21″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Zvornik gölü dəniz səviyyəsindən 140 m yüksəklikdə yerləşir. Göl 25 km uzunluğundadır və 8,1 km² ərazini əhatə edir. Ən dar hissəsində 200 m, ən geniş hissəsində 3 km enindədir. Gölün orta dərinliyi 11 m, ölçülən maksimum dərinliyi isə 39 metrdir.