From Wikipedia, the free encyclopedia
Zubarə – Qətərin paytaxtı Dohadan təqribən 105 km məsafədə, "Aşşimal" bələdiyyəsində yerləşən Qətər yarımadasının şimal qərb sahilində yerləşən dağılmış qədim qala-şəhər.[1]
Zubarə | |
---|---|
الزبارة | |
25°59′00″ şm. e. 51°01′37″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2 m |
Vikianbarda əlaqəli mediafayllar |
"Əl-Zubarə və "Əz-zubarə" kimi də tanınır. Qala XVIII əsrin ilk yarısında əsas qəbilələrdən olan "Bəni Utbə"nin nümayəndəsi Al ibn Əli tərəfindən tikilmişdir. 2013-cü ildə UNESCO-nun Ümümdünya Mədəni İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülüb.[2]
Bu qala qədim dövrlərdə Hörmüz boğazı ilə Fars körfəzinin qərb tərəfi arasında yerləşmiş qlobal ticarət və mirvari yığımı üçün uğurlu mərkəzə çevrilmişdi. Eləcə də bölgədə 18–19-cu əsr qəsəbələrinin ən geniş və ən yaxşı saxlanılan nümunələrindən biri hesab edilir. Qalanın daxili və xarici Fars körfəzində yerləşən digər yaşayış məntəqələrindən fərqli olaraq, şəhər həyatı, quruluşu və Fars körfəzinin sosial və iqtisadi tarixi aspektlərinin 20-ci əsrdə neftin kəşf edilməsindən əvvəlki dövrə məxsus üslublarına xüsusi diqqət yetirilməklə qorunub saxlanmışdır. 400 hektar (xarici şəhər divarının içərisində 60 hektar) ərazini əhatə edən Zubarə Qətərin ən əhəmiyyətli arxeoloji bölgəsidir.[3]
Qala daxilində şəhər, xarici, eləcə də sonradan tikilmiş daxili divarlar, liman, dəniz kanalları, ekspozisiya divarları, "Murair Qalası" və daha yaxın tarixdə tikilmiş "Zubara Qalası" yerləşir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.