Zelensi qoruğu
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Zelensi - Sloveniyanın ucqar şimal-qərbində təbiət qoruğu. Qoruq Kranska Qora şəhəri yaxınlığında yerləşir. Sava çayının (Dunayın qolu) mənbəyi olan bataqlı-göl ərazisi məhs buradadır. Gölün suyu isə Nadiza bulağı (Nadiža, Tamar) ilə qidalanır. Su dərinliyi 2 metr olan göldən keçir. Yaz və yay aylarında ətraf ərizilər yaşıllığa qərq olur. Ona görə də ərazinin adı Zelensi (yaşıllıq) adlandırılmışdır.
Zelensi | |
---|---|
sloven. Zelenci | |
Yerləşməsi | |
46°29′27″ şm. e. 13°44′23″ ş. u.HGYO | |
Ölkə | Sloveniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yuxarı Sava dərəsi buzlaq fəaliyyəti nəticəsində formalaşmışdır. Zelensi ərazisində kütləvi göl çöküntülərinə rast gəlinir. Ehtimal olunur ki, Zelinsi ərazisi qədim Koren gölünün yatağı olmuşdur. Ölçüsü böyük olan bu göl buzlağın geri çəkilməsi nəticəsində meydana gəlmişdir. Göl suyunun səviyyəsi tədricən düşmüş və sonda ancaq kiçik Zelensi mənbəyi qalmışdır. Göl suyunun illik temperaturu 5-6 °C arasında dəyişir. Göldən çıxan su sonradan Blate bataqlığını yaradır. Bataqlığın eni 200 metr, uzunluğu isə 1 km-dir.
1992-ci ildə Zelensi ərazisi təbiət qoruğu elan edilmişdir. Geoloji özəllikləri ilə yanaşı bölgədə yetərincə nəsli kəsilməkdə olan heyvan və bitki növləri mövcuddur. Zelensi qoruğunun sahəsi 47 hektardır. Qoruq ərazisində məlumat lövhələri olan cığırlar, müşahidə meydançaları və qüllələri var. Ərazinin əsrarəngiz gözəllikləri rəssam Ladislau Beneşin diqqətini cəlb etmişdir.[1]
İngilis kimyaçısı və fiziki Hemfri Devi XIX əsrdə bölgəni ziyarət etmiş və yazmışdır:« Daha çox məni Zelensi vadisinin gölləri valeh etdi. Mən Avropada belə gözəl bir yer görmədim».[2]
Yazın əvvəlində bitki örtüyü canlanan bu bölgədə əsasən su kənarı bitkilər üstünlük təşkil edir: cil, qızılağac, söyüd. Çiçəkli bitkilərdə yetərincə geniş yayılıb: Üçyarpaq suyoncası ( Menyanthes trifoliata ), Qaymaqçiçəyi ( Batrachium sp ) və s.
Su hövzələrində farel balığı əsasən gündəcələrlə qidalanır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.