From Wikipedia, the free encyclopedia
Zadar Universiteti (xorv. Sveučilište u Zadru, lat. Universitas Studiorum Iadertina) — Xorvatiyanın Zadar şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Diyana Vicandır.
Avropanın ən qədim universitetlərindən biri, Xorvatiyanın isə ən qədim universiteti olan Zadar Universitetinin əsası 1396-cı ildə qoyulmuşdur. Lakin 1807-ci ildə fəaliyyəti dayandırılmış, 2002-ci ildə isə fəaliyyətinin yenidən bərpası ilə əlaqədar olaraq Xorvatiya parlamentində qərar qəbul olunmuşdur. 2003-cü ilin yanvar ayından fəaliyyətə başlamışdır[3].
Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Universitetin 25 departamenti var ki, bu göstəriciyə görə o Xorvatiyanın ən böyük ali məktəbidir:
Universitetin zəngin kitabxana fondu var.
2011/2012 tədris ilində universitetdə təxminən 6,000 tələbə təhsil almışdır[1].
Universitetə rəhbərliyi rektor edir.
Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.