Zəngilan rayonu
Azərbaycanda rayon / From Wikipedia, the free encyclopedia
Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.
Bu məqalə Zəngilan rayonu haqqındadır. Şəhər üçün Zəngilan səhifəsinə baxın. |
Cəld faktlar Ölkə, Daxildir ...
Rayon | |
Zəngilan rayonu | |
---|---|
39°03′56″ şm. e. 46°41′48″ ş. u. |
|
Ölkə | |
Daxildir | Şərqi Zəngəzur |
İnzibati mərkəz | Zəngilan |
İcra başçısı | Ramiz Həsənov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 30 avqust 1930 |
Sahəsi | 730 km² |
Əhalisi | |
Əhalisi | 44 800 [1] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-ZAN |
Telefon kodu | +994 26 |
Poçt indeksi | AZ 6401 |
Avtomobil nömrəsi | 64 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
İnzibati mərkəzi Zəngilan şəhəridir. Hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.