![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/18/Koeh-146-no_text.jpg/640px-Koeh-146-no_text.jpg&w=640&q=50)
Zəncəfil
From Wikipedia, the free encyclopedia
Zəncəfil (lat. Zingiber)[1] — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.[2]
Zəncəfil | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Commelinids Dəstə: Fəsilə: Yarımfəsilə: Zingiberoideae Triba: Zingibereae Cins: Zəncəfil |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Zəncəfil tərkibində efirli yağ olan bitkidir. Ümumiyyətlə, bu fəsildən olan üç növ bitkinin köklərindən zəncəfil alınır. Bunlar: aptek zəncəfili (Zingiber officinale), alpiniya zəncəfili və kurkuma zəncəfilləridir.
Göstərilən bu bitkilərin üçü də cənubi Asiyanın rütubətli tropik meşələrində bitir. Bunlardan: aptek zəncəfili Amerikanın münasib iqlimli rayonlarında çoxdan becərilir.
Zəncəfil bitkiləri çoxillik, orta boylu ot bitkiləridir. Hər üçünü də xoşagələn ətirli efirli yağı vardır. Kökümsov gövdələrində efirli yağın miqdarı daha çox olduğu üçün o, xammal kimi işlədilir. Bu bitkilərin efirli yağına xoş ətirli iy verən tərkibindəki seskviterpenlərdir [sineol, zinkiberol, kingerol və s.].
Zəncəfil yeyinti sənayesində ətirli ədviyyə kimi geniş istifadə edilir. Zəncəfilin eyni zamanda müalicəvi əhəmiyyəti də vardır. O, mədənin həzmetmə üzvlərinin fəaliyyətini artırır, mədə - bağırsağın iltihabının və çürüməsinin qarşısını alır. Odur ki, zəncəfilli xörəklərin və zəncəfil çayının xroniki mədə - bağırsaq xəstəliyinə tutulanlar üçün çox xeyri vardır.