From Wikipedia, the free encyclopedia
Zəkanın rəmzləri — İtaliyalı məşhur rəssam Tisian tərəfindən 1565-1570-ci illərdə kətan üzərində yağlı boya ilə çəkilmiş alleqorik rəsm əsəri. Əsər Londonda, Milli Qalereyada saxlanılır.
Zəkanın rəmzləri | ||
---|---|---|
Allegorie der Zeit | ||
| ||
Rəssam | Tisian | |
Tarixi | 1565 – 1570 | |
Ölçüləri | 75,5 sm[1] × 68,4 sm[1] | |
Materialı | kətan, yağlı boya | |
Saxlanıldığı yer | Milli Qalereya, London | |
Vəziyyəti | Muzeydə sərgilənir | |
Saytı |
nationalgallery.org.uk/p… digi.ub.uni-heidelberg.de/… wga.hu/html/t/tiziano/10… |
|
İnventar nömrəsi | NG6376[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərdə üç müxtəlif heyvan (canavar, şir və it) başı üzərində üç istiqamətdə baxan insan başları təsvir edilmişdir. Üç insan başı Sfinksin məşhur müəmması kimi, insanın üç yaş dövrünün (gənclik, yetkinlik və qocalıq) rəmzləri kimi təsvir edilmişdir.
Əsərdə təsvir edilən insanlardan birinin rəssamın oğlu Orazio, digərinin Tisianla birgə çalışan gənc xalası oğlu Marko Veçellio, üçüncünün isə rəssamın özü olduğu güman edilir[2]. Tisian 1567-ci ildə də avtoportretini çəkmişdi və həmin əsərlə "Zəkanın rəmzləri" müqayisə edilir. Digər üzlər də həmçinin Tisianın həmdövr əsərlərindəki başqa simalarla müqayisə edilir.
Bu əsər Tisianın şüarı olan yeganə əsəridir: "EX PRAETERITO/PRAESENS PRUDENTER AGIT/NE FUTURA ACTIONẼ DETURPET" – Keçmiş təcrübədir, gələcəyinin qənaətbəxş olması üçün bu gün ehtiyatlı ol!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.