Yuxarı bağ (Peterhof)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yuxarı bağ (rus. Верхний сад) — "Peterhof" Muzey-Qoruq Kompleksinin tərkibinə daxil olan böyük yaşıllıq ərazisi. Park Böyük Peterhof sarayı və Peterburq prospektinin arasında yerləşir.
Yuxarı bağ | |
---|---|
Верхний сад | |
59°52′56″ şm. e. 29°54′26″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Peterhof |
Yerləşir | Peterhof |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810406069 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
15 hektar ərazisi olan Yuxarı bağ I Pyotrun dövründə salınmışdır. Hər şeyə özünün praktiki yanaşması ilə tanınan Pyotr buranı tərəvəz məhsullarının əkilməsi üçün bir bitki bağı kimi istifadə edirdi. Yuxarı bağ özünün müntəzəm müasir görünüşünü XVIII əsrin ikinci yarısında əldə etmişdir. Bu zaman, bağda fonranlar yaradılmışdır.
"Palıd" Yuxarı bağın ilk fəvvarələrindən biridir. Fəvvarə bir metal ağac, beş lalə və iki skamyadan ibarətdir. Ağaca metal palıd yarpaqları birləşdirilmişdi. Ağacın içiboş budaqlarından və lalələrin içərisindən təzyiqlə su ətrafa sıçrayır. Həmçinin hazırda hovuzun mərkəzinə "Maska geyinmiş Amur" heykəli quraşdırılıb.
Fəvvarə Yuxarı bağın kompozisiya mərkəzi hesab olunur. Orijinal fəvvarə fiqurları Nürnberqdə (Almaniya) yaradılmışdır. 1660-cı ildə Georq Xristof Şvayger və zərgər Ritter əsas fəvvarə modelinin tərkib hissələrini cəmiyyətə təqdim etmişdilər. 1780-ci illərdə Avropa şəhərlərinə səyahət edən cavan Rusiya İmperatoru I Pavel Nürnberqə gəlir. Elə məhz ona şəhər hakimiyyəti bu kompozisiyanı o dövrün çox böyük məbləğinə - yəni 30 min rubla satır. Əvvəlcə İmperator heykəlləri özünün Qatçinadakı iqamətgahında quraşdırmaq istəyirdi.
Böyük Vətən müharibəsi zamanı bütün heykəllər demontaj olunaraq Almaniyaya aparılmışdı. 1947-ci ildə, heykəl qrupu yenidən Peterhofa gətirilmiş və elə həmin yerdə quraşdırılmışdır, ancaq əvvəlki kimi fəaliyyətə o yalnız 1956-cı ildən başlamışdı.
Bu fəvvarə Yuxarı bağın əsas girişi yaxınlığında yerləşir. Dairəvi hovuzun mərkəzində qanadlı əjdaha, onun ətrafında isə dörd fışqırdan delfin fiqurları var.
Fəvvarənin Mejeumnı, və ya "Qeyri-Müəyyən" adı onun heykəltəraşlıq dekorasiyasının tarix boyu bir neçə dəfə dəyişikliyə uğramasını əks etdirir.
Hazırda fəvvarələr "Yaz" və "Yay" adlı heykəllər ilə bəzədilib və fəvvarə ilə yanaşı, bura Aşağı parkın fəvvarələrinin su ilə doldurulması üçün rezerv və kumulyativ gölməçə funksiyasını da yerinə yetirir.
XVIII əsrin sonunda ağac və kolların müntəzəm kəsiminin dayandırılması ilə Yuxarı bağ böyümüşdür. Hündür ağaclar Böyük Sarayın əsas fasadına açılan mənzərəni tam olaraq örtmüşdü.
Böyük Vətən müharibəsi illərində, bağa ciddi ziyan dəymişdi - belə ki, tankəleyhinə xəndək və çuxurlar onun arasından keçirdi. Xüsusən də, əsas girişdə yerləşən hasar və sütunlara ağır zərər dəymişdi. 1960-cı ildə bağda tarixi sənəd və planlar əsasında bərpa işləri həyata keçirilmişdir. Bununla da Yuxarı bağa ilkin müntəzəm görünüş geri qaytarılmışdı.
"Mejeumnı" fəvvarəsi | "Palıd" fəvvarəsi |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.