![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b9/Yuxar%25C4%25B1_G%25C3%25B6vh%25C9%2599r_a%25C4%259Fa_m%25C9%2599scidi_2024-c%25C3%25BC_ilin_aprelind%25C9%2599.jpg/640px-Yuxar%25C4%25B1_G%25C3%25B6vh%25C9%2599r_a%25C4%259Fa_m%25C9%2599scidi_2024-c%25C3%25BC_ilin_aprelind%25C9%2599.jpg&w=640&q=50)
Yuxarı Gövhər ağa məscidi
Şuşada məscid / From Wikipedia, the free encyclopedia
Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
Yuxarı Gövhər ağa məscidi | |
---|---|
![]() | |
![]() | |
39°45′36″ şm. e. 46°45′08″ ş. u. | |
Ölkə |
![]() |
Şəhər |
![]() |
Yerləşir | Meydan |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Layihə müəllifi | Mir Möhsün Nəvvab (minarələrin dekor layihəsi) |
Memar | Kərbəlayi Səfixan Qarabaği |
Sifarişçi |
Pənahəli xan (birinci məscid) İbrahimxəlil xan (ikinci məscid) Gövhər ağa (üçüncü və dördüncü məscid) |
Əsas tarixlər |
1750-ci illər - Pənahəli xanın qamış məscidinin tikilməsi 1768-1769 - İbrahimxəlil xanın daş məscidinin tikilməsi XIX əsrin I yarısı - Üçüncü məscidin inşası 1883-1884 - Dördüncü məscidin inşası 1992 - Şuşanın işğalı nəticəsində məscid qismən dağıdılmışdır. |
Tikilmə tarixi | 1883-1884 (dördüncü məscid) |
Üslubu | Arran memarlıq məktəbi |
Minarələri | 2 |
Vəziyyəti | 2022-2023-cü illərdə bərpa edilib, fəaliyyət göstərir[1] |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 344 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
![]() |
Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir.
XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir.
1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir.
Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir.
1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər ağa məscinin interyerləri tamamilə dağıdılmış, fasadına ciddi ziyan vurulmuş, minarələrinin minbər hissələri dağıdılmışdır.[1] 2020-ci ildə İkinci Qarabağ müharibəsinin gedişi zamanı Şuşanın azad edilməsindən sonra məsciddə bərpa işlərində başlanılmış[1], 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin əsaslı bərpa işlərindən sonra açılışı baş tutmuşdur.[1]