Yujnaya Qlubokaya buxtası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yujnaya Qlubokaya buxtası — Berinq dənizinə daxil olan Olyutorski körfəzinin şimal-qərbində yerləşir. İnzibati baxımından Kamçatka diyarının Olyutorki rayonu ərazisinə daxildir. Qoven yarımadası sahilində yerləşir. Lavrov buxtası Koryak qoruğunun üç əsas bölgəsindən biridir[1]. 1983-cü ildə kompleks şəkildə yerlio əhəmiyyətli təbiət abidəsi elan edilmişdir.
Lavrov buxtasından 8 mil cənub-şərqdə yerləşir. Qoven yarımadasının daxilində təqribi olaraq 3 mil məsafədə uzanır. Koryak öndağlığı, Pılqinski silsiləsi ətrafından keçir. Bu bazımından bir fiorddur. Sahilləri sıldırımlıdır[2]. Buxtanın maksimal dərinliyi 65 metrdir. Sıldırımlı sahillərdə çaylar buxtaya axır. Bu da gözəl mənzərə yaradır. Bu axıntılar həm də şirin su mənbəyidir.
Buxtada Böyük pazdimdiklər qeydə alınmışdır. Bu gözəl və iri quşlar Kamççatkanın qırmızı kitabına daxil edilmişdir. Üstəlik burada qırmızı kitaba salınmış Çəhrayı rodiola bitkisinidə müşahidə etmək olar[2]. .
1885-ci ildə rus dənizçisi Fridolf Qek buxtanı təsvir etmişdir. Qekin səyahətə «Sibir» gəmisində çıxmışdır. O buxtanı dərinliyinə görə Qlubokaya adlandırmışdır. Ancaq daha şimalda olan Olyutorski burnundakı buxta ilə səhv salmamaq məqsədi ilə Yujnaya Qlubokaya olaraq adlandırır. Buxtanın cənub sahilində balıq bazası № 1 inşa edilmişdir. Baza Kamçatka səhmdar cəmiyyətinə məxsus idi. Burada əsasən treska balıqları emal edilirdi. Bir müddət sonra baza yaxınlığında Novoolyutorka qəsəbəsi peyda olmuşdur. Sonradan SSRİ məkanında bu baza treskaların emalı və istehsal sənayesi baxımından mühüm rol oynamağa başlamışdır. İlk dəfə 1936-cı ilin oktyabrında balıqları yeni növ torlarla ovlanması burada həyat keçirilmişdir. İlk ov zamanı 20 qoyulmuş tordan 50 seld əldə edilir. Sonrakı ovlarda isə həcm getdikcə artırdı. Bir müddət sonra Novoolyutorski qəsəbəsində balıq komminatı istifadəyə verilir. Burada əsasən seld balığı emal edilirdi.
1930-cu illərdə Kamçatka ərazisində gəmiləri qəbul edəcən üzəri bağlı limanın inşası ortaya çıxır. Bu addın gəmilərin zədələnməsi və onların tez sıradan çıxmasını önləmək baxımından unikal idi. 1936-cı ildə SSRİ Qida Sənayesi Xalq komisarlığı bu baxımından Yujnaya Qlubokaya buxtasını örnək göstərirlər. Ancaq Kamçatka Səhmdar Cəmiyyətinin məşhur gəmi kapitanı E.D. Bessmertnı buna öz etirazını bildirir. Əsas olaraq isə buxtanın şərq küləklərinə açıq olmasını əsas gətirir. Bu limanın tikintisi üçün ən azından əraziyə yolların çəkilməsi məsələsi vardı ki, buxta ətrafının sıldırımlı olması buna imkan verməzdi. Üstəlik bura tökülən şirin su mənbələri qışda donurdu. Ancaq bütün diskusiyalara İkinci dünya müharibəsi son qoyur. Ümumiyyətlə isə liman inşa edilmir.
1955-ci ildə Novoolyutarski balıqkombinatı Korf qəsəbəsinə köçürülmüşdür. 1975-ci ildə bu balıqların ovuna qoyulan qadağadan sonra qəsəbə tərk edilmişdir. Bu tip baza və qəsəbələrin sayı onlarladır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.