![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/32/White_Rose_Badge_of_York.svg/langaz-640px-White_Rose_Badge_of_York.svg.png&w=640&q=50)
York sülaləsi
From Wikipedia, the free encyclopedia
York sülaləsi (ing. House of York) — İngiltərənin məşhur kral ailəsi olan Plantagenetlərin alt qolu. Bu ailəyə mənsub 3 şəxs (IV Eduard, V Eduard, III Riçard) XV əsrin ikinci yarısında İngiltərə taxtına oturmuşdur. Ailənin mənşəyi İngiltərə kralı III Eduardın dördüncü oğlu York hersoqu Edmond Lanqlinin oğul şəcərəsindən qaynaqlanır. Sonrakı illərdə bu ailənin varisinin (Konisburqlu Riçard) III Eduardın ikinci oğlu Klarens hersoqu Lionelin varisi (Anna Mortimer) ilə evlənməsi, York ailəsinin taxt üzərindəki iddialarını daha da gücləndirdi.[1][2] Ailənin İngiltərə taxtındakı son nümayəndəsi olan III Riçard 1485-ci ildə Bosvort döyüşündə həlak oldu və taxt Tüdor ailəsinin əlinə keçdi. Ailənin oğul şəcərəsindən gələn sonuncu nümayəndəsi 17. Vorvik lordu Eduard Plantagenet isə 1499-cu ildə edam edildi və beləcə ailənin soyu kəsildi.
York sülaləsi | |
---|---|
House of York | |
![]() | |
Ölkə | |
Hissəsidir | Plantagenetlər |
Banisi | Edmond Lanqli |
Sonuncu hökmdar | III Riçard |
Əsası qoyulub | 1385 |
Soyun kəsilməsi | 1499 |
Titullar | |
|
|
![]() |