Yonekiçi Miyake
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yonekiçi Miyake (三宅米吉, Miyake Yonekiçi?, 1 iyul 1860, Vakayama – 11 noyabr 1929, Koişikava-ku[d]) – Yaponiya tarixçisi, pedaqoqu və arxeoloqu.
Yonekiçi Miyake | |
---|---|
yap. 三宅米吉 | |
Doğum tarixi | 1 iyul 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 1929 (69 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | Stenokardiya |
Fəaliyyəti | tarixçi, arxeoloq |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yonekiçi Miyake 1860-cı ildə Vakayama hanında[lower-alpha 1] doğulmuşdur.[1] Keyo özəl məktəbində[lower-alpha 2] təhsil alsa da, məzun olmadan məktəbdən çıxmışdır.[1] Bundan sonrakı biliklərini öz səyləri ilə qazanmışdır.[1] 1881-ci ildə Tokio Ali Normal Məktəbində[lower-alpha 3] dərs verməyə başlamış, müasir tədris metodlarını öyrənmək üçün 1885–86-cı illərdə ABŞ və İngiltərəyə səyahət etmişdir.[1] 1890-cı ildə Tokio İmperiya Evi Muzeyinin[lower-alpha 4] işçisi olmuş, 1922–23-cü illərdə muzeyin direktoru vəzifəsini tutmuşdur.[1] 1929-cu ildə Tokio Bunrika Universitetinin[lower-alpha 5] ilk prezidenti seçilmişdir.[1]
Miyakenin tədqiqat sahəsi İpək yolunun tarixi, eləcə də, Kvanqetho abidəsi və 57-ci ildə Çin imperatoru tərəfindən Yaponiya hökmdarına verilmiş qızıl möhür kimi qədim yazılar olmuşdur.[1] O, antropoloji və arxeoloji tapıntılarla tarix elmini inkişaf etdirməyi dəstəkləmişdir.[1] Miyake Nippon Arxeologiya Cəmiyyətinin əsasını qoymuşdur.[1] Əsas əsərləri 1929-cu ildə "Miyake Yonekiçi çocutsuşu" ("Yonekiçi Miyakenin əsərləri") adı ilə nəşr olunmuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.