![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8f/Yoshihiro_Togashi_sign.svg/langaz-640px-Yoshihiro_Togashi_sign.svg.png&w=640&q=50)
Yoşihiro Toqaşi
yapon manqaka / From Wikipedia, the free encyclopedia
Yoşihiro Toqaşi (冨樫 義博, Togashi Yoshihiro?, (27 aprel 1966, Yamaqata)) — yapon manqaka. O, manqa illüstrə etməyə erkən yaşda — Şueişa tərəfindən istedadı ilə kollecdə oxuyarkən kəşf olunmamışdan öncə başlamışdır. Toqaşi ötən 30 il boyunca müxtəlif janrlarda bir sıra manqa seriyalarının müəllifi olmuşdur. O, əsasən, YuYu Hakuşo (1990–1994) və Hunter × Hunter (1998—h.h.) seriyaları ilə tanınır, hansı ki, ikisi də bütün zamanların ən çox satılan manqalarından olmuşdur. Toqaşi Seylor Munun yazıçısı — Naoko Takeuçi ilə evlənmişdir.