Yerəruyk bazilikası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yerəruyk məbədi – Qərbi Azərbaycanda (indiki Ermənistan respublikası), Şörəyel mahalının Agin rayonu ərazisində, Arpaçayın sol sahilində qədim türk [1][2] məbədi.
Yerəruyk bazilikası | |
---|---|
Երերույքի տաճար | |
40°26′23″ şm. e. 43°36′33″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Yerləşir | Şirak mərzi, Anipemza kəndi |
Aidiyyatı | EQK |
Tikilmə tarixi | V əsr |
Vəziyyəti | yarıdağılmış |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | iii,iv,vi |
Təyin edilib | 1995 |
İstinad nöm. | 10 |
Dövlət | Ermənistan |
Region | Avropa |
Ermənistanda qeydiyyata alınmış abidələr | |
İstinad nöm. | 8.13/2 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məbədin bütün yan divarları salamat qalmış, lakin tavanı, üçnefli zalın arakəsmələri və s. tikililər uçub dağılmışdır. Tədqiqatçılar yekdil olaraq məbədin bölgədə xristianlığın ilk çağlarına aid olması və onun IV – V yüzillərdə tikilməsi qənaətindədirlər.[3]
Məbəd erkən orta əsrlər alban bazilikaları, xüsusilə Azərbaycan respublikasının Qax rayonu ərazisindəki Qum bazilikası ilə xeyli oxşar xüsusiyyətlərə malikdir. Yerəruyk monastırının yerləşdiyi ərazi tarixən türk boylarının anayurdu olmuşdur. Şörəyel // Şirək – el adı da bu yerlərin qədim sakinləri olan şirak türk tayfasının adı ilə bağlıdır.[4]
Məbədin yerləşdiyi əraziyə ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra başlamışdır.[5]
Abidə 25 avqust 1995-ci ildə Ermənistandakı xristian abidəsi kimi UNESCO-nun Ümumdünya İrsinin Sınaq Siyahısına salınmışdır.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.