Yeqorlıkski rayonu
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yeqorlıkski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Yeqorlıkskaya qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 110 km məsafədə yerləşir.
Rayon | |
Yeqorlıkski rayonu | |
---|---|
46°38′ şm. e. 40°45′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 18 yanvar 1935 |
Sahəsi | 1.460 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86370 |
Poçt indeksi | 347672–347677, 347680–347687, 347660 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Yeqorlıkski rayonu Rostov vilayətinin cənub-qərbində, Krasnodar diyarı ilə sərhəddə yerləşir. Rayonun ərazisi 1460 km²-dir ki, bu da Rostov vilayəti ərazisinin 1,5%-ni və Rusiya ərazisinin təxminən 0,009% -ni təşkil edir. Andorra kimi üç bu tip ölkə onun ərazisinə sərbəst yerləşə bilər. Rayonun şimaldan cənuba doğru uzunluğu 50 km-dir. Qərbdən şərqə qədər olan məsafə 42 km-dir.
Rayondan aşağıdakı çaylar axır: Qaydamaçka, Qruzskaya, Yeqorlıçek, Kavalerka, Kamennaya balka, Kuqo-Eya, Mokraya Qryaznuxa, Ploskaya, Srednıy Yeqorlık, Ternovataya, Ternovaya, Elbuzd.
Yeqorlıkski rayonu 1935-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 18 yanvar 1935-ci il tarixli Fərmanı əsasında qurulmuşdur. 1924-cü ilə qədər Yeqorlıkskaya kəndi və onun təsərrüfatları, Kuban-Qara dəniz vilayətinə aid olan Balko-Qruzski və Kavalski fermaları istisna olmaqla, Don vilayətinin Çerkassı rayonunun bir hissəsi olur. 1924-cü ildə kənd və bütün fermalar Donski qəzasının Meçetinski rayonuna daxil edilir.
1935-ci ilə qədər rayona 10 kənd məclisi, 2 Maşın-Traktor Stansiyası (Yeqorlıkskaya, Kavalerskaya), 3 taxıl təsərrüfatı (Yeqorlıkski, Roqovski, Lunaçarski), 6 elektrik stansiyası, təmir sexi, MTS, 2 nömrəli dəyirman (Yeqorlıkskaya kəndi) və dəyirman daxil idi. 36 ibtidai və 6 natamam orta məktəb, 7 kütləvi kitabxana (təxminən 14.5 min kitab), 30 çarpayılı bir xəstəxana, 5 ambulator poliklinika, 6 həkim köməkçisi məntəqəsi və 1 qadın məsləhətxanası var idi.
Böyük Vətən müharibəsinin başlaması ilə yüzlərlə Yeqorlık sakini orduya qoşulur. Xalq milisinin yaradılması başlanılır. Artıq 14 avqust 1941 -ci ildə Yeqorlıkski rayonundan 1338 nəfər xalq milisinə qoşulur. Alman qoşunları əraziyə yaxınlaşanda müəssisələri və təsərrüfatları qorumaq, eləcə də təxribatla mübarizə aparmaq üçün bir atıcı dəstəs təşkil edilir. 1941-ci ilin dekabrında onun sayı 84 nəfər olur. Bunlardan 25-i Don Kazak Süvari Diviziyasına göndərilir.
Faşist işğalçılar binaları, evləri, fermaları yandırır və məhv edir, yüz tonlarla çörək və digər kənd təsərrüfatı məhsullarını götürlür, 5,5 mindən çox iribuynuzlu heyvan, 3 mindən çox at, 13,5 min qoyun, 6 minə yaxın donuz isə almanlar təerəfindən ələ keçirilir. Bölgəyə ümumi ziyan təxminən 280 milyon rubl (1943-cü ilə uyğun olaraq) təşkil edir. Rayon ərazisi azad edildikdən sonra sakinləri milli iqtisadiyyatı bərpa etməyə başlayır. 1 yanvar 1944-cü ilədək rayonda 29 kolxoz, 2 MTS, 3 taxıl sovxozu, Ataman stansiyası, bir sıra müəssisə, ictimai binalar və yaşayış binaları bərpa edilir.
1944-cü ilin may ayına qədər ərazinin sakinləri bir tank kalonu və "Azad edilmiş Don" döyüş təyyarəsi eskadronunun inşası üçün Müdafiə Fonduna 13 milyon 770 min rubl töhfə verir. Qırmızı Ordunun taxıl fonduna təxminən 1,5 milyon pud çörək, təxminən 18 min pud ət, 630 min litrdən çox süd, 36,9 min pud kartof və tərəvəz təhvil verilir.
Böyük Vətən müharibəsi illərindəki qəhrəman əməyinə görə rayondan 1715 nəfər "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Şücaətli Əməyinə görə" medalı ilə təltif edilmişdir.
1963-cü ildə ləğv edilmiş Selinski rayonunun torpaqları Yeqorlıkski rayonuna birləşdirilir və nəticədə rayonun ərazisi genişləndirilir. Lakin 1965 -ci ilin noyabrında rayon yenidən Yeqorlikski və Selinski rayonlarına bölünür.
1966-cı ildə rayonun kolxoz və sovxozları müharibədən sonrakı illərdə ən yüksək məhsul alır. Rayonda orta hesabla 20,1 plana qarşı hər hektardan 27,8 sentner taxıl, "Zarya", "İskra" kolxozlarında isə hər hektardan 29 sentnerdən çox məhsul götürülür. Kolxoz və sovxoz işçiləri Vətən taxıl anbarlarına 108,3 min ton taxıl təhvil verir.
Yeqorlik torpağında çox gözəl insanlar nəsli yetişir. Bunlar arasında Sovet İttifaqı Qəhrəmanları T. Brilev, L. Statsenko, Sosialist Əməyi Qəhrəmanları F. Lyaşenko və F. Parfinenko, SSRİ Dövlət Mükafatı laureatları M. Latartsev və N. Tkaçev. Bəzi məlumatlara görə, məşhur silah ustası F. Tokarev Yeqorlıkda doğulmuşdur.
Rayonda mərkəzləşdirilmiş kitabxana sistemi (1 əsas kitabxana və 20 filial), 30 klub və mədəniyyət evi, 31 kinoteatr, 2 uşaq musiqi məktəbi, 28 ümümtəhsil məktəbi (8 orta məktəb daxil olmaqla), 20 tibb müəssisəsi, 29 uşaq bağçası və körpələr evi vardır[2].
Rayonun iqtisadiyyatının əsas sahəsi əkinçilikdir, ilk növbədə taxılçılıq və heyvandarlıqdır. Kənd təsərrüfatı məhsulları istehsalı ilə 16 kənd təsərrüfatı müəssisəsi və 1002 kəndli (fermer) müəssisəsi məşğul olur[3].
Un hazırlayan taxıl emalı üçün 8 sex, günəbaxan toxumlarını emal edən 9 müəssisə, iki makaron sexi, 11 çörəkbişirmə sexi, kərə yağı emalı xətti və fermentləşdirilmiş süd məhsulları istehsalı sexi vardır.
Rayon "Rostov-na-Donu—Salsk" və "Rostov-na-Donu—Stavropol" respublika magistral yollarının kəsişməsində yerləşir. Yük və sərnişin daşınması Rostov-na-Donu—Volqoqrad dəmiryolunda da həyata keçirilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.