From Wikipedia, the free encyclopedia
Yeni Zelandiya kakası— Yeni Zelandiyanın təbii meşələrində yayılmış taksonomik ranq olan Yeni Zelandiya tutuquşularının böyük növlərindən biri olan tutuquşu növüdür. İki yarımnövü məlumdur.
Yeni Zelandiya kakası 1788-ci ildə alman naturalisti İohann Fridrix Gmelin tərəfindən təsvir edilmişdir. Şiamal Adası kakası və Cənub Adası kakası kimi tanınan iki yarımnövü mövcuddur. Kākā adı Maori dilində “tutuquşu” mənasını verir.[3]
Nestor cinsinə dörd növ daxildir: Yeni Zelandiya kakası (lat. Nestor meridionalis), Kea (lat. Nestor notabilis), nəsli kəsilmiş Norfolk kakası (lat. Nestor productus) və nəsli kəsilmiş Çatem kakası (lat. Nestor chathamensis). Bu dörd növün hamısının beş milyon il əvvəl Yeni Zelandiyanın meşələrində məskən salmış "proto-kākā"dan törədiyi fərz edilir.[4][5] Onların ən yaxın qohumu Kakapodur.[4][5][6][7]
Yeni Zelandiya kakası ovalıqlarda və orta yüksəkliyə malik ərazilərdə yaşayır. Onun hal-hazırda yaşadığı yerlər Kapiti adası, Kodfiş adası, Litl-Barrier adasıdır. Kaka Yeni Zelandiyanın kontinent ada sığınacaqlarında (Karori vəhşi təbiət qoruğu) sürətlə çoxalır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.