![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/0/04/Yeddi_g%25C3%25B6z%25C9%2599l_afi%25C5%259Fa.jpg/640px-Yeddi_g%25C3%25B6z%25C9%2599l_afi%25C5%259Fa.jpg&w=640&q=50)
Yeddi gözəl (balet)
From Wikipedia, the free encyclopedia
"Yeddi gözəl" — Qara Qarayev tərəfindən 1949–1952-ci illərdə bəstələnmiş balet. Dörd pərdəli baletin librettosu XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhman tərəfindən yazılmışdı. İlk səhnələşdirmənin xoreoqrafı Pyotr Qusevdir. Baletin premyerası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir.
Yeddi Gözəl | |
---|---|
![]() Yeddi Gözəl baletinin Bakı afişası (2011) | |
Tipi | klassik balet |
Bəstəkar | Qara Qarayev |
Librettist |
İsmayıl Hidayətzadə Yuri Slonimski Sabit Rəhman |
Xoreoqraf | P. A. Qusev |
Yaradılıb | Nizami Gəncəvi – Yeddi Gözəl məsnəvisi |
Premyera |
|
Balet şirkəti | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı |
![]() |
1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü ərəfəsində baletin yeni musiqi-səhnə redaksiyası işlənmişdir. Əvvəlki dörd pərdəlik kompozisiya, librettoda bəzi süjet dəyişikləri, musiqinin ixtisarı hesabına üç pərdəyə endirilmişdi. Lakin əsərin mərkəzində qoyulan ideya, əsas dramatik xəttlər qorunub saxlanmışdı. 1964-cü ildə balet yenidən redaksiya edilmişdi. Əsərin fabulasında və musiqi dramaturgiyasında əhəmiyyətli bir dəyişikliyə yol verilməsə də, bu redaksiya xarakterlərin daha aydın və qabarıq verilməsinə imkan vermişdi.