![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c9/Yeghegnadzor_landscape3.jpg/640px-Yeghegnadzor_landscape3.jpg&w=640&q=50)
Yeğeqnadzor
From Wikipedia, the free encyclopedia
Yeğeqnadzor[1][2] — Ermənistan Respublikasında, Başkənd çayı yaxınlığında şəhər, 1995-cil ildən Vayoc dzor mərzinin inzibati mərkəzi. Rəsmi olaraq 3 yanvar 1935-ci ilədək "Keşişkənd"[3], 1935–1957-ci illərdə "Mikoyan", 1957-ci ildən (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr, 1957-ci il tarixli fərmanı ilə)[4] isə "Yeğeqnadzor" (erm. Եղեգնաձոր; erməni dilində mənası: "Qamışlı dərə")[4] adlanır.[5][6] 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən "Yeğeqnadzor bələdiyyəsi"ni təşkil edir.[7] Bələdiyyənin ərazisi 2.642 hektar və ya 0.2642 km²-dir.[8]
Şəhər | |
Yeğeqnadzor | |
---|---|
![]() | |
39°46′ şm. e. 45°21′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | V əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.194 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
yeghegnadzor.am | |
![]() |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/General_map_of_the_Caucasus_region_-_1858.jpg/640px-General_map_of_the_Caucasus_region_-_1858.jpg)