Yarkənd xanlığı
Şərqi Türkistanda tarixi dövlət / From Wikipedia, the free encyclopedia
Yarkənd xanlığı[1] və ya Moğolustan (fars. ماملاکتی موگولیا — Məmləkət-i Muğuliyə; uyğ. ماملاكاتى موگولىيا) daha sonra Qaşqar Xanlığı[2] və bəzən Sədiyyə də adlandırılırdı — Şərqi Türkistanın qərb hissəsində (bəzən Turfan, Kumul, Çalış da daxil idi) feodal dövlət. Paytaxtı əvvəlcə Yarkənd, 1596-cı ildən isə Qaşqar olmuşdur. Xanlığın yüksəliş dövründə ərazisi Moğolustanın keçmiş torpaqlarını (Cunqariya, Yeddisu, Fərqanə Vadisi, İssık-Kul), habelə Tibetin şimal bölgələrini, Bədəxşan və Kəşmiri də əhatə etmişdir.
Xanlıq | |
Yarkənd xanlığı | |
---|---|
Yarkənd xanlığı | |
|
|
Paytaxt | Yarkənd, Qaşqar |
Dilləri | Cığatay dili |
Rəsmi dilləri |
cığatay uyğur |
Dövlət dini | İslam |
Ərazisi | 3,000,000 km2 (1,200,000 sq mi) |
Əhalisi | uyğurlar |
İdarəetmə forması | monarxiya |
1696-cı ildə taxta son Cağatay Ağbaş xan oturdu, lakin Qaşqarın bəyləri onu tanımaqdan imtina etdi və bunun əvəzinə qırğızlarla ittifaqa girərək Yarkəndə hücum etdilər və Ağbaş xanı əsir aldılar. Yarkınd bəyləri kömək üçün cunqarlara müraciət etdilər. 1705-ci ildə qoşun göndərən cunqarlar qırğızları sıxışdırıb Yarkənddən qovdular. Cunqarlar Cağatay nəslindən olmayan Mirzə Alim Şah bəyi taxta çıxardılar. Bununla da Cağatay xanlarının hakimiyyətinə əbədi olaraq son verdilər.[3]