Yardımlı rayonu
Azərbaycanda rayon / From Wikipedia, the free encyclopedia
Yardımlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Yardımlı şəhəridir. 8 avqust 1930-cu ildə Vərgədüz rayonu adı ilə təşkil edilib.[3] Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Lənkəran dairəsinə daxil idi. Təşkil edildiyi tarixdə inzibati mərkəzi Yardımlı kəndi idi, 1 noyabr 1931-ci il tarixinə 900 km² olan rayon ərazisində 97 kənddə 1 yanvar 1930-cu il tarixinə olan cari hesablamalara əsasən 20.651 nəfər əhali yaşayırdı.[4] 1938-ci ildə rayon, inzibati mərkəzinin adına uyğun olaraq Yardımlı rayonu adlandırıldı.
Bu məqalə Yardımlı rayonu haqqındadır. Yardımlı şəhəri üçün Yardımlı səhifəsinə baxın. |
Bu adın digər istifadə formaları üçün bax: Yardımlı (dəqiqləşdirmə).
Cəld faktlar Ölkə, Daxildir ...
Rayon | |
Yardımlı | |
---|---|
38°55′14″ şm. e. 48°14′14″ ş. u. |
|
Ölkə | |
Daxildir | Lənkəran-Astara |
İnzibati mərkəz | Yardımlı |
İcra başçısı | Ayaz Əsgərov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 667.2[1] km² |
Əhalisi | |
Əhalisi | 70 000(2019)[2] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-YAR |
Telefon kodu | 994 25 |
Poçt indeksi | AZ 6500 |
Avtomobil nömrəsi | 65 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla