From Wikipedia, the free encyclopedia
Dərslik qalmaqalı (教科書疑獄, Kyokaşo qiqoku?) – 1902-ci ildə Yaponiyada dərsliklərlə bağlı baş vermiş rüşvət qalmaqalı. Qalmaqal 1903-cü ilə qədər davam etmişdir.
Dərslik qalmaqalı 1902-ci ildə ibtidai və orta məktəblər üçün keçirilən dərslik seçimlərində rüşvətdən istifadə edilməsinin aşkarlanması ilə başlamışdır.[1] Yaponiyada dərsliklər özəl şirkətlər tərəfindən hazırlandıqdan sonra Yaponiya Təhsil Nazirliyi tərəfindən təsdiq olunur, daha sonra prefektura komitələrinin qiymətləndirilməsinə təqdim olunurdular.[1]
Şirkətlər dərslik seçimləri üçün kəskin rəqabət apardıqları üçün bəzi şirkətlərin rüşvət təklif etməsi barədə şayiələr yayılmağa başlamışdır: bir şirkətin 2 il boyunca 360 min yen məbləğində rüşvət verdiyi iddia edilirdi.[1] 1902-ci ilin dekabrında Yaponiya Ədliyyə Nazirliyi gizli təhqiqatlar başlatmışdır.[1] Aparılmış təhqiqatlar nəticəsində 1903-cü ilin martına qədər 200-dən çox şəxs həbs edilmişdir.[1] Həbs edilənlərin sırasına məktəb müfəttişləri, keçmiş prefektura qubernatorları və dərslik şirkəti prezidentləri də daxil idi.[1]
Qalmaqal nəticəsində həbs edilənlərin 116 nəfəri günahkar hesab edilmişdir.[1] Təhsil naziri Kikuçi Dayroku məsuliyyəti öz üzərinə götürərək istefa vermişdir.[1] Qalmaqaldan sonra Təhsil Nazirliyi dərsliklərin seçimini mərkəzləşdirmək qərarına gəlmişdir.[1] 1903-cü ildə Yaponiyada ilk milli dərsliklər nəşr olunmuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.