![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/dd/Japan_Airlines_JA8119.jpg/640px-Japan_Airlines_JA8119.jpg&w=640&q=50)
Yaponiya Hava yolları reys 123
From Wikipedia, the free encyclopedia
Yaponiya Hava yolları reys 123 (ing. Japan Airlines Flight 123) - Yaponiya Hava Yollarına məxsus Boeing 747SR-46 modelli təyyarə ilə gercəkləşdirilən Tokio-Osaka daxili xətt reysinin uçuşu zamanı baş vermiş təyyarə qəzası. Havaya qalxdıqdan 44 dəqiqə sonra nəzarətin tam itməsi nəticəsində dağa çırpılan təyyarədə 15 nəfəri kabin üzvü olmaqla ümumilikdə 520 nəfər həlak olmuş, 4 nəfər isə ağır dərəcəli yaralanmalarla xilas olmağı bacarmışdır.
Yaponiya Hava yolları reys 123 日本航空123便 | |
---|---|
![]() Qəzaya uğrayan Boeing 747SR-46 Tokyo Beynəlxalq Hava limanında (1984) | |
Ümumi məlumatlar | |
Tarix | |
Qəza səbəbi | Quyruq hissəsinin qopması |
Yer | Qunma, Yaponiya |
Koordinatlar | 36°00′05″ şm. e. 138°41′38″ ş. u. |
Ölkə | |
Sərnişin sayı | 509 |
Komanda | 15 |
Yaralı sayı | 4 |
Ölü sayı | 520 |
Təyyarə | |
Təyyarə modeli | Boeing 747SR-46 |
Havayolu şirkəti | Yaponiya Hava Yolları |
Qalxma yeri | Tokio Beynəlxalq Hava limanı |
İstiqamət | Osaka |
Uçuş nömrəsi | 123 |
Qeydiyyat nömrəsi | JA8119 |
![]() |
Yaponiya Hava yolları reys 123 1977-ci ildə Tenerife aeroportunda baş vermiş facilərdən sonra ikinci ən böyük təyyarə qəzası hesab olunur.[1] Tenerife faciəsi iki təyyarənin iştirakı ilə baş verdiyi halda, bu qəza tək təyyarənin ən çox insan ölümünə səbəb olan qəza kimi tarixə keçmişdir.
1985-ci ilin 12 avqust tarixində Yaponiyanın paytaxtı Tokiodan Osaka şəhərinə uçan təyyarənin quyruq hissəsi havaya qalxdıqdan 12 dəqiqə sonra qopmuşdur. Pilotlar təyyarəni quyruq hissəsi qopmuş vəziyyətdə havada 32 dəqiqə tutunmağı bacamışlar. Lakin bundan sonra idarəetmə tamamilə itirilmiş və təyyarə Tokionun 100 kilometr şimal-qərbində yerləşən, Qunma inzibati mərkəzinə bağlı Ueno qəsəbəsi yaxınlığındakı Takamagahara Dağına çırpılmışdır. Qəza Yaponiya ərazisində baş vermiş ən ölümcül nəqiliyyat qəzası kimi də tarixə keçmişdir.[2]