From Wikipedia, the free encyclopedia
Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası (yap. 日本労働組合総連合会) və ya qısaca RENGO (yap. 連合) — Yaponiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Tokio şəhərində yerləşir.
Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası RENGO yap. 連合 | |
---|---|
yap. 日本労働組合総連合会 | |
Növü | Həmkarlar ittifaqı |
Yaranma tarixi | 1989 |
Mərkəzi | Tokio |
Sədr | Nobuaki Koqa |
jtuc-rengo.org |
Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası 1989-cu ildə bir neçə milli mərkəzin birləşməsindən yaranmışdır.
3 pilləli strukturdan ibarətdir:
Konfederasiyanın regional təşkilatları da mövcuddur.
Konfederasiyanın əsas məqsədi işçilərin hüquqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə də ilk təşkilatlar iş yerlərində müəssisə rəhbərləri ilə danışıqlar aparır və problemlərin həll olunmasına çalışırlar. Lakin buna baxmayaraq, yenə də həll olunmayan məsələlər var. Məsələn, tibbi sığorta sistemi, təqaüd, işçilərin sığortası və s.
Bu kimi problemlərin həlli üçün Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası iqtisadi, sosial təminat siyasəti, işçi və əmək siyasəti və s. sahələrdə sistematik tələblər irəli sürürlər. Milli və Bələdiyyə Məsləhət Şurasında həmkarlar ittifaqları üzvləri əmək qanunvericiliyi, mövcud qanunda dəyişikliklərin aparılması və s. məsələlərə dair fikirlərini ifadə edirlər.
Yaponiyada maliyyə ili aprel ayında başlayır. Həmin ayda bir çox şirkətlər yeni işçilər cəlb edir, əməkhaqqı sistemində təftiş aparır. Ona görə də bu mövsüm dəyişikliyi ilə bağlı 1955-ci ildə "Yaz mübarizəsi" başlanmışdı. Bu aksiyanın da əsas məqsədi əməkhaqlarının qaldırılması, iş şəraitinin yaxşılaşdırılması, digər tələblərinin işəgötürənlərə çatdırılması idi. İndi də həmkarlar ittifaqlarının aksiyalarının əksər hissəsi yaz aylarına təsadüf edir.
2012-ci ilin iyul ayının məlumatlarına görə tərkibində 54 üzv təşkilat və 47 regional təşkilatı var.[1]
2009-cu ildən bəri təşkilata Nobuaki Koqa rəhbərlik edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.