Yaponiya mətbəxi
From Wikipedia, the free encyclopedia
Yaponiya mətbəxi — Yaponiyanın milli, məşhur mətbəxi. Dadların cürbəcürlüyü ilə boldur. Təbii və ahəngdar olan bu mətbəx dünyanın ən sağlam mətbəxi sayılır. Tərkibində kalori miqdarı azdır. Yapon mətbəxi dəmir və proteinlə zəngindir, tərkibindəki xolesterin və piylərin müxtəlif növlərinin miqdarı isə aşağıdır. Çox insan razılaşır ki, yapon qidası daha çox sağlamdır və yaponların uzunömürlülüyü bunun tam sübutudur[1][2][3][4][5].