Таpajos[1] (port. Tapajós) — Cənubi Amerika (Braziliya) ərazisindən axan iri çaylardan biri. Amazon çayının sol qolunu təşkil edir[2][3] və ona Santaren şəhəri yaxınlığında tökülür. Çay Telis-PirisJurunea çayının birləşməsindən əmələ gəlir. Serra-dus-Parensis yüksəklikləri arasından axaraq Braziliya öndağlığına keçərək Amazon düzənliyinə keçir. Bu hissədə çayın eni 15 kilometrə qədər artır. Uzunluğu 2200 km; sahəsinin hövzəsi 487 000 km² təşkil edir.

Cəld faktlar Tapajós çayı, Ölkə ...
Tapajós çayı
Thumb
Ölkə  Braziliya
Mənsəbi Amazon çayı
Uzunluğu 2200 km
Su sərfi 13.000 m³/s
Su hövzəsi Atlantik okeanı
Hövzəsinin sahəsi 487000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla
Thumb

Çay əsasən yağış suları ilə qidalanır. Noyabr-mart ayları gursululuq dövrüdür. Bu zaman səviyyə 7–8 m artır. 15 min su sərfiyyatına malikdir. Əsas qolu Jamanşin çayıdır.

Amazonas və Para ştatları ərazisindən axır. Sahilində İtaytuba, San-Martinyo, Santaren, Aveyru şəhərləri yerləşir. San-Luis şəhərinə qədər gəmiçilik üçün yararlıdır. Ən iri limanı Santarendir.

Sahilində Amazoniya milli parkı yerləşir. Çayın sahilində Cənubi Amerikanın əlçatmazlıq qütbü yerləşir.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.