![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/Green_Boots.jpg/640px-Green_Boots.jpg&w=640&q=50)
Yaşıl Çəkmələr
From Wikipedia, the free encyclopedia
"Yaşıl Çəkmələr"- Everest dağının əsas şimal-şərq silsiləsi yolunda əlamətdar bir alpinistin naməlum cəsədinə verilən addır.[1][2] Şəxsiyyəti rəsmi olaraq təsdiqlənməsə də, 1996-cı ildə Everest dağında dünyasını dəyişən Hindistanlı alpinist Tsewang Paljor olduğu güman edilir. Yaşıl Çəkmələr termini, cəsədin ayaqları üzərində yaşıl alpinizm çəkmələrindən yaranmışdır. Şimal tərəfdən edilən bütün ekspedisiyalar, 8,500 metr (27,900 ft) hündürlükdəki əhəng daşı mağarasında cəsədlə qarşılaşdılar. 2006-cı ildə fərqli bir alpinist Devid Şarp tək qalxma zamanı"Yaşıl Çəkmələrin Mağarası" olaraq bilinən yerdə öldü.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/Green_Boots.jpg/640px-Green_Boots.jpg)
2014-cü ilin may ayında Yaşıl Çəkmələrin itkin düşdüyü,[3] ehtimal ki, basdırıldığı bildirildi.[4] 2017-ci ildə şayiələrə görə bir çox alpinist geri döndükdə, o yenə eyni yüksəklikdə görüldü.[5]