Yəmən əyaləti (Osmanlı)
From Wikipedia, the free encyclopedia
Yəmən əyaləti (ərəb. إيالة اليمن ; osman. ایالت یمن) — Osmanlı İmperiyasının əyaləti (vilayət). Formal olaraq imperiyanın ayrılmaz hissəsi olsa da, uzaq əyaləti idarə etmək çox çətin idi. 17-ci əsrin əvvəllərində əyalət tamamilə Yəmən Zeydi dövləti tərəfindən ələ keçirildi, ancaq iki əsr sonra Osmanlılar buradakı hakimiyyətlərini bərpa etdilər. Yəmən əyaləti 1849-cu ildə Osmanlının Yəmən ərazilərinin çox hissəsini ələ keçirməsi ilə yenidən təşkil edildi. 1872-ci ildə imperiyada aparılan torpaq islahatından sonra əyalətin böyük hissəsində Yəmən vilayəti yaradıldı.
Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Bağla