Xəbər (qrammatika)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Xəbər (dəqiqləşdirmə).
Xəbər — haqqında danışılanın hərəkət və ya əlamətini bildirən cümlənin baş üzvüdür. Əsasən, sonda gəlir.
Xəbər "nə edir?" (felin bütün şəkil və zamanlarında), "kimdir?", "necədir?" ,"haradadır?" və s. suallarından birinə cavab verir.