![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7b/%25C3%2596zel_Kuvvetler_Komutanl%25C4%25B1%25C4%259F%25C4%25B1_Br%25C3%25B6vesi.png/640px-%25C3%2596zel_Kuvvetler_Komutanl%25C4%25B1%25C4%259F%25C4%25B1_Br%25C3%25B6vesi.png&w=640&q=50)
Xüsusi Qüvvələr Komandanlığı (Türkiyə)
From Wikipedia, the free encyclopedia
Xüsusi Qüvvələr Komandanlığı ya da xalq arasındakı adıyla Bordo Beretlilər və köhnə adıyla Xüsusi Hərb Dairəsi, Türkiyə Silahlı Qüvvələrinin dəyişik sinif və rütbələrdəki zabit, ehtiyat zabit və mütəxəssis ibarət olan, daxili və xarici təhdidlərin aradan qaldırılmasına qarşı hər cür ərazi və iqlim şərtlərində vəzifə edə biləcək xüsusiyyətdə üst səviyyə təhsil almış yetişdirilmiş xüsusi əsgərlərə verilən addır. 1992-ci ildə Briqada səviyyəsində qurulmuş və daha sonra diviziya, ardından 2006 — Yüksək Əsgəri Şura qərarı ilə Tabor , 2010 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar Diviziya və 2011 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar korpus səviyyəsinə gətirilmişdir. Heç bir qüvvə komandirliyinə bağlı olmayan komandanlığ Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər. Söz mövzusu birlik, Bordo Beretlilər ilə Müharibə Axtarış Qurtarma (MAK), Xüsusi Qüvvələrin əmrində vəzifə yerinə yetirməkdədir. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilmişdir. 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlıları Çempionatında, 26 xüsusi qüvvə birliyi arasında birinci olmuşdur. Bordo Beretlilər eyni zamanda dövlət böyüklərinin yaxın qoruma vəzifəsini də yerinə yetirərlər. Başda baş qərargah başçısı olmaq üzrə qüvvə komandirlərinin və yüksək rütbəli generalların qoruma və təhlükəsizlik vəzifələrini boynuna götürərlər. Abdullah Öcalanın tutulma və Türkiyəyə gətirilməsi vəzifəsində böyük rol oynamışlar. Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir. Bordo Berelilerin gizliliyini Milli İstihbarat Təşkilatı qoruyur.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xüsusi Qüvvələr Komandanlığı | |
---|---|
![]() | |
Növü | hərb |
Yaranma tarixi | 1992-günümzə |
Ölkə |
![]() |
Tabedir | Türkiyə Respublikası Xüsusi Qüvvələr Komandanlığı |
Daxildir | Türkiyə Silahlı Qüvvələri |
Tərkibi | zabit və gizirlədən ibarətdir |
Vəzifəsi | müharibə vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir. |
Hissə | Korpus |
Ləqəbi | Bordo bereliler |
Şüarı | Ölüm alicənabdır.Qorxu və müvəffəqiyyətsizlik yox. |
Rəngləri | Al-qırmızı |
Marşı | |
Döyüşlər | |
Komandanlıq | |
Komandir | General-mayor Abdullah Barıtçı |
Məşhur komandirləri | Əngin Alan |
![]() |