![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2d/Balkans850.png/640px-Balkans850.png&w=640&q=50)
Xorvatiya knyazlığı
From Wikipedia, the free encyclopedia
Xorvatiya knyazlığı (xorv. Kneževina Hrvatska), Dalmatiya Xorvatiyası (xorv. Dalmatinska Hrvatska) və ya Dənizkənarı Xorvatiya (xorv. Primorska Hrvatska) — orta əsrlərdə mövcud olmuş cənubi slavyan knyazlığı. Konstantin Porfirogenetin "İmperiyanın idarə edilməsi haqqında" traktatında xüsusilə qeyd edilmişdir ki, onun ilk hökmdarı VII əsrdə knyaz Porqa olmuşdur. I Trpimir dövründən bəri dövlətin hökmdarı "Xorvatiya knayazı" titulunu daşıyırdı. "Dənizkənarı Xorvatiya" termini tarixşünaslığa XIX əsr tarixçiləri tərəfindən daxil edilmişdir.[1]