Xevra duz mədəni
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Xevra duz mədəni (urdu کھیوڑہ نمک کی کان, ing. Khewra Salt Mine) və ya Mayo duz mədəni (ing. Mayo Salt Mine) — Pakistanın Pəncab regionunun[1] Cəlam dairəsindəki Xevra şəhərində və Hind-Qanq ovalığının[2] üzərində yerləşən duz mədəni. Xevradakı duz mədəni Pakistanın ən böyük, dünyanın ən böyük ikinci[3] və dünyanın ən qədim duz mədənidir.[4][5][6] Bu duz mədəni əhəmiyyətli bir turizm obyektidir və hər il 250,000-dən çox turist cəlb edir.
Xevra duz mədəni | |
---|---|
| |
Yerləşdiyi yer | |
|
|
Yerləşdiyi yer | Xevra |
Vilayət | Pəncab |
Ölkə | Pakistan |
Koordinatlar | 32°39′11″ şm. e. 73°00′36″ ş. u.HGYO |
İstehsal | |
Məhsullar | Halit, rapa |
Tarix | |
Açıldığı il | 1872 |
Fəaliyyət illəri | 140 il |
Vikianbarda əlaqəli mediafayllar |
Xevra duz mədəni Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Pind Dadan Xan təhsilində, ölkə paytaxtı olan İslamabad şəhərindən təxminən 160 km (100 mil) uzaqlıqda yerləşir. Mədənə sadəcə M2 nömrəli avtomagistral yolu ilə getmək olur. Mədən, Cəlam çayından Hind çayına qədər uzanan və duzlarla zəngin bir dağ silsiləsinin üzərində yerləşir.[6][7][8] Xevrə duz mədəni dəniz səviyyəsindən təxminən 288 metr (945 fit) yuxarıda yerləşir. Mədən girişindən mədənin ən ucqar nöqtəsinə qədər olan məsafə təxminən 730 metrdir (2,400 fit). Yeraltı mədən 110 km2-lıq (43 mil2) bir ərazini əhatə edir.[9]
Xevradakı duz mədəni Hindistan general-qubernatoru olan Lord Mayonun şərəfinə "Mayo" duz mədəni olaraq da bilinir.[10] Mədən təxminən 800 milyon il əvvəl meydana gəlmiş bir "Duz" silsiləsinin üzərində yerləşir.[11]
Xevradakı duz ehtiyatları Böyük İsgəndər tərəfindən Hindistan səfəri zamanı Cəlam və Mianvali regionlarından keçərkən aşkar edilmişdir. Mədən nə Makedoniyalı İsgəndər, nə də onun əsgərləri tərəfindən aşkar edilmişdir. Mədən aşkar edən ordunun atları idi.[12] Böyük İsgəndərin qoşunları xəstə atlarının daşları yaladığını və daha sonra yaxşılaşdığını gördükdən sonra bu ərazidə duz mədəni qurdular. Böyük Moğol İmperiyası dövründə mədəndən çıxarılan duzlar müxtəlif bazarlarda, hətta Mərkəzi Asiyada belə satılırdı.[13] Böyük Moğol İmperiyasının süquta uğramasından sonra, mədənə siqhlər sahibləndilər. Siqh ordusunun baş komandiri olan Hari Sinq Nəlva "Duz" silsiləsinin idarəsini Cammu Racası olan Qulab Sinqlə bölüşdürmüşdür. Baş komandir Varça mədənini, Cammu Racası isə Xevra mədənini idarə edirdi. Siqh hakimiyyəti dövründə hasil edilən duzlar həm qida, həm də gəlir mənbəyi olaraq istifadə edilmişdir.
Britaniya hakimiyyəti 1872-ci ildə — Siqh ərazilərini işğal etdikdən bir qədər sonra, mədəni daha da inkişaf etdirmişdir. Britaniyalılar mədəni səmərəsizdir gördülər, bunun səbəbləri isə çox idi. Məsələn, mədəndəki qeyri-adi və dar tunellər işçilər üçün çətinlik yaradırdı; mədənin su ilə təmin olması çox zəif idi; hasil edilmiş duzlar üçün anbar yox idi; mədənə gedən yeganə yol çətin, qayalı bir ərazinin üzərindən keçirdi. Bu problemləri aradan qaldırmaq üçün Britaniya hökuməti yolları düzəltmiş, anbarlar tikmiş, mədəni çoxlu su ilə təmin etmiş, girişləri və tunelləri yaxşılaşdırmış və duzun hasil edilməsi üçün daha yaxşı bir mexanizm təqdim etmişdir. Duzun qaçaqmalçılığını aradan qaldırmaq üçün yeni cərimələr yaradılmışdır.[14]
Birbal Sahni 1930-cu və 1940-cı illərdə Hindistanın Geoloji Tədqiqatı adlı bir təşkilatla işləyərkən mədəndə Eosen dövründən qalma örtülütoxumlular, çılpaqtoxumlular və həşəratlara aid dəlillər tapmışdır, lakin Maykl Kremo bu canlıların Kembri dövründə qaldığını iddia etsə də, Kremonun fikirləri müasir geoloqlar tərəfindən dəstəklənmir.[7]
2010-cu ildə, bütün Pakistanda baş vermiş daşqınlar zamanı yaxınlıqdakı su axını mədən bağlandıqdan sonra oraya girmişdir.[15] Bu su axını 60 sm (2 fit) dərinliyə çatmış və çıxışları bağlamışdır.[16] Mədən daha sonra yenidən açılmışdır və hal-hazırda fəaliyyət göstərir.[17]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.