From Wikipedia, the free encyclopedia
Xatirə kompleksi və ya memorial kompleks — vəfat etmiş şəxsin və ya hər hansı hadisənin xatirəsinə ithaf olunan kompleks. Xatirə komplekslərinin ən geniş yayılmış formalarına mühüm obyektlər, eləcə də incəsənət əsərləri, heykəllər, fontanlar və parklar daxildir.
Ən çox yayılmış növləri baş daşı və memorial lövhələrdir. Müharibədə ölənlərin xatirəsinə ucaldılan komplekslər də geniş yayılıb. Xristian dövlətlərində xaçşəkilli komplekslərdən istifadə olunur.
Təbii məzarlıqların sayının artması ilə baş daşları, eləcə də xatirə lövhələrinə icazə verilmədiyindən onlayn xatirə komplekslərindən istifadə də artmağa başladı.[1]
Biri öldükdə, ailəsi ondan bir xatirə qalması üçün xeyriyyə məqsədilə hədiyyə (adətən pul) verilməsini və ya həmin şəxsin xatirəsinə bir ağac əkilməsini xahiş edə bilər.[2]
Bəzən yuxarı sinif şagirdi vəfat etdikdə onun adına təhsil təqaüdü yaradılır və növbəti illərdə yüksək nailiyyətlər əldə etmiş şagirdlərə təqdim olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.