Xarici Xidmət İnstitutu (ABŞ)
From Wikipedia, the free encyclopedia
Xarici Xidmət İnstitutu, ( FSI ) ing. Foreign Service Institute — Arlinqton şəhərində, (Virciniya ştatı) Corc Şults adına xarici dillər milli tədris mərkəzində yerləşir (ing. George P. Shultz National Foreign Affairs Training Center). 1924-cü ildə qurulmuş Xarici Xidmət Məktəbinin (ing. Foreign Service School) əvəznə yaradılaraq ABŞ diplomatları üçün əsas təhsil mərkəzi sayılır.
FSİ ABŞ-nin federal təşkilatı kimi Dövlət Depertamenti üçün diplomatlar və ABŞ-nin xaricdəki maraqlarını qorumaq üçün digər mütəxəssislər hazırlayır. 600-dən çox kursu, o cümlədən 70-dən çox xarici dil kursu fəaliyyət göstərir. İnstitutda Dövlət Depertamentindən, 40-dan çox hökumət təşkilatından və hərbi strukturlardan 100 mindən çox dinləyici təhsil alır.
Məktəbin proqramı ABŞ dövlət qulluğunda və ölkənin xaricdəki nümayəndəliklərində peşəkar işçilərin hazırlanmasını nəzərdə tutur. Kurslar bir gündən iki il müddətinə qədər müddətə nəzərdə tutularaq məzunlarını ABŞ xarici siyasətinin həyata keçirilməsi üçün digər ölkələrə və mədəniyyətlərə adaptasiyasının asanlaşdırılmasına və vəzifəsini uğurla həyata keçirilməsinə və liderlik və idarəçilik keyfiyyətlərinin artırılmasına hazırlayır. Digər kurslarda diplomatların ailə üzvlərinə xaricdəki həyat tərzi, fövqaladə vəizyyətlərdə hərəkət, kiber təhlükəsizlik və s. haqqında məlumat veririlir.
Xarici Xidmət İnstitutunun direktoru ABŞ Dövlət Katibinin köməkçisi statusundadr[1] və dövlət katibi tərəfindən təyin edilir. İnstitutun indiki direktoru Nensi MakEldouneydir.