![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a6/Emblem_of_Kazakhstan_%25281992-2014%2529.svg/langaz-640px-Emblem_of_Kazakhstan_%25281992-2014%2529.svg.png&w=640&q=50)
Xarici İşlər Nazirliyi (Qazaxıstan)
From Wikipedia, the free encyclopedia
Qazaxıstan Xarici İşlər Nazirliyi (qaz. Қазақстан Республикасының Сыртқы істер министрлігі) — Hökumətin daxilində xarici siyasət fəaliyyətini həyata keçirən Qazaxıstan Respublikasının mərkəzi icra orqanı, Qazaxıstan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir.
Qazaxıstan Xarici İşlər Nazirliyi | |
---|---|
| |
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə | Qazaxıstan |
Yurisdiksiya | Qazaxıstan |
Baş qərargah | Astana, Qazaxıstan |
|
|
Rəsmi saytı | mfa.gov.kz |
![]() |
Nazirliyə Qazaxıstan Respublikasının Prezidenti tərəfindən təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik edir.
"Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə" Qazaxıstan Respublikası Hökuməti tərəfindən 28 oktyabr 2004-cü il tarixində 1118 nömrəli qərarı təsdiq edilmişdir.
Eyni zamanda, 28 oktyabr 2004-cü ildə "Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi İşləri Komitəsi"nin (“Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi İşlər Komitəsi haqqında” 21 mart 2000-ci il tarixli 421 nömrəli qərarı ilə təsis edilmişdir.) funksiyaları və əmlakları Qazaxıstan Xarici İşlər Nazirliyinə verilməsi ilə ləğv edilməsi qərarı verildi.