Xalid ibn Vəlid
From Wikipedia, the free encyclopedia
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي) (592, Məkkə[1] – 19 avqust 642, Mədinə və ya Homs[1][2]) — Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, islamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir[3].
Xalid ibn Vəlid | |
---|---|
ərəb. خالد بن الوليد | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 592 |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 642 |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rəşidi xilafəti |
Rütbəsi | Ali Baş Komandan |
Vikianbarda əlaqəli mediafayllar |
O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir. O, bir il sonra bu vəzifədən istefa verir və 642-ci ildə vəfat edir.
1666. Rəvayət edilir ki, Abdullah ibn Ömər demişdir: "Peyğəmbər Xalid ibn Vəlidi Bəni Cəzimə qəbiləsinin üstünə göndərib onları İslama dəvət etdi. Onlar: "Müsəlman olduq!" demədilər, (əvəzində): "Döndük, döndük!"- dedilər. Onda Xalid onların (bir çoxunu) öldürdü (yerdə qalanını da) əsir götürdü və bizim hər birimizə bir əsir bağışladı. Nəhayət, günlərin bir günü Xalid bizim hər birimizə (əlinin altında olan) əsirini öldürməyi əmr etdi. De- dim: "Vallahi ki, nə mən, nə də dostlarımdan bir kimsə öz əsirini öldürmə yəcəkdir." Nəhayət, biz Peyğəmbərin yarına gəlib bu hadisəni ona danış dıqda Peyğəmbər əllərini (göyə) qaldırıb iki dəfə dedi: "Allahım, həqiqə tən də, mən Xalidin etdiyi əməldən uzağam!" (al-Buxari, 4339)