Xaldeylər
From Wikipedia, the free encyclopedia
Kəldanilər və ya xaldeylər[1] (Babil. Kaldu, İv. כַּשְׂדִּים - Kasdim, yun. Χαλδαίοι ) — e.ə. I minilliyin birinci yarısında Babilistanda yaşamış tayfa.[1] Mesopotamiyanın cənubunda, Fars körfəzinin şimal-qərb sahilindəki Dəclə və Fərat çaylarının arasında, eramızdan əvvəl X-IV əsrlərdə yaşamış semit tayfaları. Babilə sahib olmaq üçün Assuriya ilə döyuşlərdə iştirak edirlər. E.ə. 626-536-cı illərdə Babili, Yeni Babil krallığını quran xaldey sülaləsi idarə edib.
Arami dilində danışıblar.[2] Xaldeylər Bibliyada bir neçə dəfə xatırlanır.