From Wikipedia, the free encyclopedia
Xa-Çu çayı — Butanın qərb hissəsində yerləşən çaydır. Çinçu çayının sağ qolunu əmələ gətirir.[1]
Xa-Çu çayı | |
---|---|
Ölkə | Butan |
Mənbəyi | Himalay dağları |
Mənsəbi | Çinçu |
Uzunluğu |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xa-Çu çayı mərkəzi Himalay dağları silsiləsinin cənub meyli hissəsindən öz başlanğıcını götürür.[2] Çayın mənbəyi Comolxari rayonundan cənubda yerləşmişdir. Buzlaqlardan əmələ gələn bir sıra xırda çaylar əsasən bu çaya tökülürlər. Bundan sonra Xa-Çu çayı cənub-şərq istiqamətində axır və sağda Çinçu çayına tökülür.[3]
Qərb Butanında bir neçə əhəmiyyətli vadi yerləşmişdir: Xa (uzunluğu 2700 m), Paro (2200 m), Tximpxu (2300 m).[4]
Vadinin yuxarı hissəsindən Xa-Çu çayı dağlıq dərələrlə axır, amma alt və orta axında çay dərin çay vadisi üzrə hərəkət edir. Çayın uzununa bir çox qayalığa çıxışı var. Xa Vadisi Çinlə sərhəddə yerləşmişdir.
Xaa — çayın uzununa uzanan şəhərdir. Şəhər arxitekturanın ənənəvi Butan stilini özündə saxlamışdır.[5]
Lxakxanq-Karpo ("ağ göyərçinin məbədi") — Xaa şəhərindən 3 kilometr cənubda yerləşmiş məbəd və monastrdır. Güman olunur ki, məbəd Tibet çarı Sonqsene Qoenpo zamanında, yəni VIII əsrdə tikilmişdi. O, iki göyərçini (qara və ağ) monastrın tikintisi üçün müqəddəs yeri tapmaq üçün göndərmişdir.[6]
Çayda ənənəvi qızıl balqılar və Schizothorax progastus cinsinə mənsub balıqlar yetişdirilir. Kumja ilk dəfə 1930-cu ildə Butanda tapılmışdır. Xaa-da tapıntıdan sonra vətəgələr inşa edilmişdir.[7][8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.