From Wikipedia, the free encyclopedia
Xəzər dənizi böyük həcmdə karbohidrogen ehtiyatlara malikdir. Müxtəlif hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır.[1] Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həm də ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır.
Xəzərdə neft hasilatının tarixi çox keçmiş dövrə gedib çıxır. Təxminən 2600 il əvvəl Xəzər sahilində yaşayan insanlar dənizə yaxın yerlərdən çıxan "yanan mayedən" kütləvi şəkildə istifadə edirdilər. Eramızdan əvvəl 331-ci ildə Makedoniyalı İsgəndərin İrana hücumu zamanı Xəzər sahilində yaşayan insanlar onun qoşunlarının yerləşdiyi yerə hücum edərək əsgərlərin çadırlarını alışan maye ilə dolu qablarla oda qərq edirdilər. Bundan başqa, qaynar neft qalalarda müdafiə məqsədilə də istifadə olunur, hücum edən düşmən əsgərlərinin üstünə tökürdülər. Yazılı mənbələrdə Xəzərdə neft olması haqqında ilk məlumatı təxminən 7 və 8-ci əsrlərə təsadüf edir. Asiyaya səyahəti zamanı Marko Polo Bakıda insanların neftdən tibbi və dini məqsədlər üçün istifadə etdiyini yazırdı. Neft artıq 14-cü əsardə Bakıdan Yaxın Şərqin digər ölkələrinə ixrac olunurdu. Lakin 19-cu əsrə qədər Xəzər sahillərində neftin kütləvi hasilatı baş verməmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.