From Wikipedia, the free encyclopedia
We Are the Champions — Britaniyalı Queen rok qrupunun ən tanınmış mahnılarından biri. "News of the world" albomundan olan bu mahnı dünya üzrə sport azarkeşlərinin himninə çevrilmişdir. 1977-ci ilin ikinci yarısından etibarən Queen qrupunun bütün konsertlərinin axırında ifa edilirdi.
"We Are the Champions" | |
---|---|
Queen tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | oktyabr 1977 |
Janr | soft-rok[d] |
Dil | ingilis dili |
Bəstəkar | |
Sözlərin müəllifi | Freddi Merkyuri |
Mahnıda əsasən Con Dikonun müşayiəti ilə Merkurinin royalı və Rocer Teylorun baraban zərbələri eşidilir. Brayan Meyın gitarası başqa kompozisiyalara nisbətən daha az səslənir. Qrupun bir çox canlı çıxışlarında bek-vokal partiyalarını tək Rocer Teylor ifa edib. Onun səsi bütün qrup üzvlərinin xorunu əvəz edib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.