![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c9/Volok_by_Roerich.jpg/640px-Volok_by_Roerich.jpg&w=640&q=50)
Volqa ticarət yolu
From Wikipedia, the free encyclopedia
İdil ticarət yolu və ya Volqa ticarət yolu ― orta əsrlərdə Şimali Avropanı və Rusiyanın şimal-qərbini Xəzər dənizi və Volqa çayı vasitəsilə Sasani imperiyası ilə birləşdirən ticarət yolu.[1][2] Ruslar bu yoldan Xəzər dənizinin cənub sahillərində yerləşən müsəlman ölkələri, bəzən isə Bağdad şəhərinə qədər ərazilər ilə ticarət etmək üçün istifadə etmişlər.[3] Güclü İdil bulqarları yarımköçəri konfederasiya yaratmış, Volqa çayı boyunca Rusiya və Skandinaviya vikinqləri, eləcə də cənubdakı Bizans imperiyası ilə ticarət əlaqələri qurmuşlar.[3][4] Şahmat Kiyev Rus dövlətinə İran və ərəb torpaqlarından Volqa ticarət yolu vasitəsilə təqdim edilmişdir.[5]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c9/Volok_by_Roerich.jpg/320px-Volok_by_Roerich.jpg)