From Wikipedia, the free encyclopedia
Vladimir Kolesniov (5 noyabr 1941, RSFSR və ya Rostov-na-Donu, RSFSR, SSRİ) — Rusiya Federasiyasının Əməkdar elm xadimi, fizika elmləri doktoru, "Dostluq" ordeni laureatı
Vladimir İvanoviç Kolesniov 1941-ci il noyabrın 5- də Rostov-na-Donu şəhərində anadan olmuşdur.1966-cı ildə Rostov Dovlət Universitetinin fizika riyaziyyat fakültəsini,1994-cu ildə isə Rusiya Federasiyası nəzdində Kənd təsərrufatı akademiyasının idarəetmə fakültəsini bitirmişdir. 1975-ci ildə elmlər namizədi dərəcəsini almış, 1987-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1966–1969-cu illərdə Elmi-tədqiqat İnstitutunda sənaye müəssisələrinin avtomatlaşdırılması üzrə mühəndis, 1969–1970-ci illərdə Elmi-tədqiqat sektorunun (DMRİ) baş mühəndisi olmuşdur, 1970–1977-ci illərdə isə "Fizika" kafedrasının (DMRİ) assistantı olmuşdur. 1977–1987-ci illərdə isə "Fizika" kafedrasının dosenti, DMRİ-nin baş elmi işci vəzifəsində çalışmışdır. 1987–1992-ci illərdə "Nəzəri mexanika" kafedrasının DMRİ-nin başçısı olmuşdur.1992–1996-cı illərdə "İnşaat və Nəzəri mexanika" kafedrası DMRİ-nin başçısı və 1996-cı ildə isə Ali Federal hökumət büdcə təhsil müəssisəsi Rostov Dovlət Nəqliyyat Universitetinin rektoru, "Nəzəri mexanika" kafedra başçısı olmuşdur.
"Şərəf" ordeni, "Rusiya patriotu" medalı və "Dostluq" ordeni ilə təltif olunmuş, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Rostov-na-Donu şəhərinin fəxri vətəndaşıdır. 24 monoqrafiyanın, 14 metodik vəsaitin, 22 ixtira və patentin muəllifidir.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.