Vladimir Nikolayeviç Kitayev (rus. Владимир Николаевич Китаев; 22 fevral (6 mart) 1855, Ryazan quberniyası[d] – 3 yanvar 1920, Naqasaki) – Rusiya general-mayoru.
Vladimir Kitayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 fevral (6 mart) 1855 |
Doğum yeri |
|
Vəfat tarixi | 3 yanvar 1920 (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general-mayor |
Təltifləri |
Həyatı və karyerası
Vladimir Kitayev 22 fevral 1855-ci ildə Rusiya imperiyasının Ryazan quberniyasında fəxri vətəndaşların ailəsində doğulmuşdur. Hərbi xidmətə 1873-cü ildə başlamışdır. 1876-cı ildə Sankt-Peterburqda yerləşən Dəniz Akademiyasını bitirmişdir. 1 may 1876-cı ildə Qara dəniz donanmasının qardemarini və 2-ci Qara dəniz ekipajının üzvü olmuşdur.[1]
30 avqust 1877-ci ildə miçman rütbəsinə yüksəlmişdir. 1881–1882-ci illərdə "Tuapse" gəmisinin səyahətlərində iştirak etmişdir. 1 yanvar 1882-ci ildə leytenant rütbəsinə yüksəlmişdir. Daha sonra Rusiya Könüllülər Donanmasında xidmət göstərmişdir. 29 aprel 1893-cü ildə "Yaroslavl" gəmisinin kapitanı olmuşdur. 6 dekabr 1898-ci ildə "xüsusi xidmətlərinə görə" ikinci dərəcəli kapitan rütbəsinə yüksəlmişdir. 6 oktyabr 1899-cu ildə Baş Dəniz Qərargahına göndərilmişdir. 27 oktyabr 1900-cü ildən 8 mart 1903-cü ilə qədər ailəvi səbəblərə görə hərbi xidmətə fasilə vermişdir.[1]
10 noyabr 1903-cü ildə Sankt-Peterburq çay polisinin rəis köməkçisi olmuşdur. 17 aprel 1905-ci ildə polkovnik-leytenant, daha sonra polkovnik rütbəsinə yüksəlmişdir. 6 iyun 1910-cu ildə general-mayor olmuşdur.[1]
Oktyabr inqilabından və Rusiya vətəndaş müharibəsindən ölkəni tərk edərək Yaponiyaya qaçmışdır. 3 yanvar 1920-ci ildə Yaponiyanın Naqasaki şəhərində ölmüş və Naqasakidə yerləşən rus qəbiristanlığında dəfn olunmuşdur. Məzar nömrəsi 257-dir.[1]
Təltifləri
1878-ci ildə "Rusiya–Osmanlı müharibəsinə (1877–1878) görə" medalı, 1888-ci ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 1896-cı ildə "III Aleksandrın xatirəsinə" medalı, 6 dekabr 1896-cı ildə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni, 22 sentyabr 1900-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni, 1902-ci ildə "Çində hərəkata görə" medalı, 22 aprel 1907-ci ildə 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni, 18 aprel 1910-cu ildə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur. 24 may 1904-cü ildə Çinin 1-ci dərəcəli "Cüt əjdaha" ordeninə layiq görülmüşdür.[1]
Ailəsi
Natalya Aleksandrovna Berx ilə evli olmuşdur. Vladimirin qardaşı Sergey Kitayev də dənizçi olmuş, Yaponiya incəsənətinin kolleksiyaçısı kimi tanınmışdır. O da Yaponiya ölmüşdür.[2]
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.