Vitni dağı
From Wikipedia, the free encyclopedia
Vitni dağı (ing. Mount Whitney) — ABŞ-nin Kaliforniya ştatının Tulare və İnyo qraflıqlarında yerləşən dağ. Vitni dağının hündürlüyü 4.421 m olub Alyaska xaricində ABŞ-nin ən hündür dağ zirvəsidir. Şimali Amerika qitəsinin ən alçaq yeri olan Ölüm Dərəsi Milli Parkındakı Badvater hövzəsi (-84 m) ilə şimal-qərbində yerləşən və ABŞ-nin ən hündür ikinci dağı olan Vitni dağı arasındakı məsafə 136,2 km-dir. Vitni dağının qərb yamacları Sekvoya Milli Parkının sərhədləri içərisindədir. Şərq yamacları isə İnyo qraflığı tərəfindən İnyo Milli Meşəsi adı ilə qorunur. Vitni dağına gedən Vitni Dağı Yürüyüş Zolağının uzunluğu 341 km-dir.
Cəld faktlar Ümumi məlumatlar, Dağ sistemi ...
Vitni dağı | |
---|---|
ing. Mount Whitney | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Syerra Nevada |
Dağ silsiləsi | Syerra-Nevada (ABŞ) |
Mütləq hündürlüyü | 4.421 m |
Nisbi hündürlüyü | 3.073 m |
İlk fəthi |
18 avqust 1873 Çarlz Beqole, Albert Conson və Con Lukas. |
Yerləşməsi | |
36°34′43″ şm. e. 118°17′31″ q. u. | |
Ölkə | ABŞ |
Əyalət | |
Rayon |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla