Vikipediya:İstifadəçi səhifəsi
From Wikipedia, the free encyclopedia
Qayda səsvermə nəticəsində qəbul edilib.
- Səsvermə müddəti: 9 iyun - 24 iyun 2020
- Qüvvədədir: 24 iyun 2020-ci ildən
|
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
İstifadəçi səhifəsi — Vikipediyada qeydiyyatdan keçmiş hər bir istifadəçiyə avtomatik iki səhifə verilir. Onlardan biri istifadəçinin şəxsi səhifəsi, digəri isə müzakirə səhifəsidir.
İstifadəçi səhifəsi Vikipediya məqaləsi hesab edilmir, o, vikipediyaçıya istifadəyə verilmiş şəxsi səhifədir (veb-fayldır). Bu faktı göstərmək üçün istifadəçi öz səhifəsinə {{İstifadəçi}} şablonu əlavə edə bilər.
İstifadəçi səhifələri Vikipediyanın məqalə kateqoriyalarına daxil edilmir. Onlar yalnız "Vikipediyaçılar" kateqoriyasında olan altkateqoriyalara daxil edilə bilər.
İstifadəçi səhifələri açıqdır, yəni səhifələrə başqalarının baxmasına icazə verilir. İstifadəçinin icazəsi olmadan onun şəxsi səhifəsində (müzakirə səhifəsi də həmçinin) redaktə edilməsi etik hesab edilmir, bəzi hallarda isə vandalizm kimi qəbul edilir.
Öz istifadəçi səhifəsinin silinməsini istəyən istifadəçinin inzibatçılara müraciət etməsinə ehtiyac yoxdur. Səhifədə {{Sil}} şablonunun daxil edilməsi kifayətdir. Şablonu yalnız istifadəçinin özü daxil edə bilər. Bir müddətdən sonra inzibatçı həmin şablona görə səhifəni siləcəkdir.
Qeyd: Vikipediyaçı silinmiş istifadəçi səhifəsini bərpa etmək üçün inzibatçılara müraciət etməlidir.