Vikipediya:Stil kitabçası/Film
From Wikipedia, the free encyclopedia
Aşağıda film ilə əlaqədar məqalələrin adlandırılması, redaktə edilməsi, məzmun quruluşu haqqında qaydalar və göstərişlər verilmişdir. Aşağıdakı qaydalar ancaq filmlər üçün nəzərdə tutulmuşdur. "Əsas məzmun" başlığı altında hər bir filmdə olması vacib olan bölmələr göstərilmişdir. "İkinci dərəcəli bölmələr" başlığı altında göstərilmiş bölmələr isə əlavə bölmələrdir. Bölmələrin ardıcıllığı müəyyən olunmamışdır. Filmlər haqqında yazılmış Seçilmiş və ya Yaxşı məqalələrə baxaraq uyğun ardıcıllığı gözləyin. Əgər qaydalar haqqında hər hansı bir çatışmazlıq ortaya çıxarsa, konsensus yolu ilə qaydalar dəyişdirilə və ya təkmilləşdirilə bilər. Daha ətraflı məlumat üçün bu səhifəyə baxın: Stil kitabçası