Vikipediya:Nə üçün qeydiyyatdan keçməliyəm?
From Wikipedia, the free encyclopedia
Vikipediya açıq ensiklopediyadır. Oxumaq və redaktə etmək sərbəstdir. Qeydiyyatdan keçməyə məcbur deyilsiniz. Qeydiyyat prosesi bir neçə saniyə vaxtınızı aparır və sizə aşağıdakı üstünlükləri verir:
- Özünüzə istədiyiniz istifadəçi adı seçməklə bütün vikimedia layihələrində həmin adla fəaliyyət göstərə bilərsiniz.
- Öz istifadəçi səhifənizi yaradaraq özünüz haqqında məlumat verə və həmçinin istifadəçi səhifənizin alt səhifələrində qaralamalar edərək redaktə etməyi öyrənə bilərsiniz.
- Öz müzakirə səhifənizdə digər könüllülərlə əlaqə yarada bilərsiniz. Həmçinin seçiminizdən asılı olaraq elektron məktubla da digər istifadəçilərlə əlaqə qura bilərsiniz.
- Nizamlamaları öz istəyinizə uyğun quraşdırıb sizə rahat formada məqalələri oxuya və redaktə edə bilərsiniz.
- Öz fəaliyyətinizə baxış keçirə və həmçinin, istədiyiniz məqalələri izləmə siyahınıza əlavə edib onlara daim nəzarət edə bilərsiniz.
- Qeydiyyatdan keçməklə öz IP adresiniz görünmədən fəaliyyət göstərə bilərsiniz.
- Vikipediyada keçirilən səsvermələrdə iştirak edə bilərsiniz.