Vikipediya:Həftənin seçilmiş məqaləsi/49. Həftə 2019
From Wikipedia, the free encyclopedia
![]() İdeoloji cəhətdən anarxizm və azad sosializm tərəfdarıdır, Çomski müasir kapitalizmin və ABŞ-ın xarici siyasətinin alovlu tənqidçisi kimi tanınır. Çomski Filadelfiyada fəhlə sinfindən olan Aşkenazi ailəsində anadan olmuşdur. Erkən yaşlarından Nyu-Yorkdakı alternativ kitab dükanlarından anarxizmlə maraqlanmışdır. Pensilvaniya Universitetində təhsil almış, Harvard Araşdırmaçılar Cəmiyyətindəki bakalavr üstü araşdırması zamanı inkişaf etdirdiyi transformasianal qramatika nəzəriyyəsi barədə 1955-ci ildə doktorantura işini müdafiə etmişdir. Elə həmin ildə də MİT-də dərs deməyə başlamışdır. (Davamı...) |