Vikipediya:Bilirsinizmi/5. Həftə 2021
From Wikipedia, the free encyclopedia
Vikipediya məqalələrindən
![Sfinks](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e8/Sphinx2_July_2006.jpg/640px-Sphinx2_July_2006.jpg)
- Sfinks (şəkildə) pişiyi dünyada tanınan tüksüz üç pişik növündən biridir.
- Hindistan yazıçısı Rabindranat Taqorın adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
- Aktrisa Şəfiqə Məmmədova aktyor Ülvi Mehdinin anasıdır.
- İlk dəfə latın kvadratı Misirdə Əhməd əl-Buni tərəfindən təxminən 1200-cü ildə yazılmış "Şəms əl Maarif" kitabında dərc edilmişdi.
- VIII Henri 6 dəfə evlənməsi və İngiltərəni Katolik Kilsəsindən ayıraraq Anqlikan Kilsəsini qurmaqla tarixə iz qoymuşdur.